“Azərbaycan Antalya Diplomatiya Forumunda ilk dəfə olaraq dövlət rəhbəri səviyyəsində iştirak etdi. Forumda iştirak edən ən böyük nümayəndə heyəti Azərbaycandan idi. Bu, bizim bir millət, iki dövlət prinsipinə sadiqliyimizin, qlobal proseslərdə birgə iştirakçılığımıza verdiyimiz dəyərin göstəricisidir”.
Bunu Hafta.az-a deputat Azər Badamov 3 gün davam edən Antalya Diplomatiya Forumu (ADF) və Azərbaycanın iştirakının əhəmiyyətiilə bağlı bildirib.
A.Badamov qeyd edib ki, Antalya Diplomatiya Forumu dünya nizamında baş verən proseslərini müzakirə olunması baxımından çox əhəmiyyətli platformadır. Eyni zamanda bildirib ki, builki foruma 140-dan çox ölkədən dövlət və hökumət başçılarımın qatılması onun qlobal əhəmiyyətindən xəbər verir.
“Forumda dövlət başçımız çoxsayılı ikitərfli görüşlər keçirdi və görüşlərdə Azərbaycanla digər dövlətlərin rəhbərləri ilə ikitərəfli münasibətlərinin inkişafına dair mövzularda müzkirələr aparıldı. Təbii ki, Antalya Diplomatik Forumu ilk növbədə sözümüzü deməyə və siyasi mövqelərimizi möhkəmlətmək baxımından vacib platformalardan biridir. Forum çərçivəsində "Cənubi Qafqazda regional əməkdaşlığa dair çağırışlar və fürsətlər" mövzusunda panel iclas keçirilib. İclasda Azərbaycan, Ermənistan və Gürcüstanın xarici işlər nazirləri görüşdülər. Bu, həm də Cənubi Qafqazda sülh və əməkdaşlığın müzakirəsi baxımından əhəmiyyətli olduğunu hesab edirəm. Belə ki, panel iclasda XİN rəhbərləri regionumuzda sülh və əməkdaşlığın inkişaf etdirlməsi ilə bağlı mövqelərini bölüşdülüər. Belə görüşlərin keçirilməsi ilk növbədə Azərbaycanla Ermənistan arasında sülh prosesinin inkişaf etdirlməsi baxımından əhəmiyyətlidir. Çünki, Azərbaycan və Ermənistan dövlət rəsmilərinin görüşləri müəyyən məsələlərin həll olunmasına yeni bir impuls verir və mövqelərimizi yaxınlaşdırır”, - o deyib.
A.Badamov Forumda Qlobal Cənubun rolu, parçalanmış dünyada çoxtərəfliliyin gücləndirilməsi, Suriyada sabitliyin bərpa olunması, Balkanlarda firavan gələcəyə təsir edən cari dəyişiklik dinamikası kimi önəmli siyasi mövzuların müzakirəsinə diqqət çəkib.
“Bu gün təssüf ki, dünya nizamı parçalanmaqda davam edir. Təbii ki, bu parçalanmının və bir qütblü dünyanın formalşmasının qarşısnı ancaq dialoq və diplomatiya yolu ilə almaq mümkündür. Çünki, davam edən müharibələrin gətirdikləri çətinliklər bütün dünyanı narahat etməyə başlamışdır. Burda təkcə döyüş meydanındakı müharibələr deyil , həm də ticari iqtisadi müharibələr də əsas dünya ictimaiyyətini narahat edən mənbəyə çevrilməkdədir. Bu baxımdan Antalya Diplomatik Forümu yeni qlobal nizamının daha ədalətli formalaşmasına bi töhfəsi olduğunu hesab edirəm”, - A.Badamov qeyd edib.